Bakıda evdən 200 min manat aparan şəxslərin GÖRÜNTÜLƏRİ

27-03-2018, 15:27           
Bakıda evdən 200 min manat aparan şəxslərin GÖRÜNTÜLƏRİ
Daxili İşlər Nazirliyi Bakıda evdən külli miqdarda pul və qızıl oğurlayan şəxslərlə bağlı yeni məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, martın 21-də Qaradağ Rayon Polis İdarəsinə müraciət edən zərərçəkən ona məxsus mənzildən 200000 manat, 1500 ABŞ dollar və külli miqdarda qızıl-zinət əşyaların naməlum şəxslər tərəfindən oğurlandığını bildirib. Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşları tərəfindən isti izlərlə və peşəkarlıqla həyata keçirilən əməliyyat tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri – Dünyamalı Gülalıyev, əvvəllər məhkum olunmuş Osman Məmmədov və Yadigar Dadaşov saxlanılaraq istintaqa təhvil verilib.


Araşdırma zamanı müəyyən edilib ki, zərərçəkənin evində külli miqdarda pul və qızıl-zinət əşyalarının olması barədə məlumat əvvəlcə D.Gülalıyevdə olub. O, digər şəxslərə həmin evdən oğurluq etməyi məsləhət görüb və mənzilin yerləşdiyi ünvanı da onlara göstərib. Bunların müqabilində isə oğurlanan puldan 30000 manat D.Gülalıyevə çatmalı imiş. D.Gülalıyev hadisə baş verən gün zərərçəkənin evdə olmadığı barədə O.Məmmədov və Y.Dadaşova məlumat verəndən sonra onlar mənzilə daxil olublar.


Qeyd edilən faktla bağlı Qaradağ RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.