Xəzərdə atəş səsləri və bir saat təqib: - azərbaycanlı brokonyerləri necə tutdular...

27-03-2018, 17:52           
Xəzərdə atəş səsləri və bir saat təqib: - azərbaycanlı brokonyerləri necə tutdular...
Xəzərdə Qazaxıstanın ərazi sularına daxil olaraq qanunsuz balıq ovu ilə məşğul olan 4 Azərbaycan vətəndaşını saxlamaq üçün bu ölkənin sərhədçiləri silah işlətməli olublar. Virtualaz.org Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, sərhəd pozucuları üç motorlu sürətli qayıqla sərhədçi gəmisindən uzaqlaşamağa çalışıb.

Bu zaman Qazaxıstan sərhədçiləri onları təqib edib, təqib bir saatdan çox davam edib. Brokonyerlərin yolunu dənizdən və qurudan kəsiblər. Onlar hətta havaya xəbərdarlıq atəşindən sonra da dayanmayıblar. Nəhayət sərhədçilər qayığın mühərrikinə atəş açandan sonra onları dayandırmaq və saxlamaq mümkün olub.

Qayığın göyərtəsində 4 Azərbaycan vətəndaşı saxlanılıb, onların ovladığı nərə balıqları isə demək olar aşkar edilməyib. Brokonyerlər yaxalanmazdan qabaq onları dənizə atıblar. Təkcə iki balıq aşkarlamaq mümkün olub. Nəticədə qayığı Aktau limanına çəkiblər, orada sərhəd pozucularını həbs ediblər və polisə təhvil veriblər. Onları sərhədi qanunsuz keçmə və qanunsuz balıq ovu üzrə 5 ilədək həbs gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru