ABŞ-ın hüquq-mühafizə orqanlarının iki əməkdaşı Florida ştatının Trenton şəhərində güllələnib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Holms dairəsi şerif idarəsinin "facebook" səhifəsində məlumat verilib.
"The Associated Press" agentliyi isə bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş onlar restoranda olarkən açılıb. Naməlum şəxs onlara küçədən – pəncərədən atəş açıb. Şerifin köməkçiləri aldıqları güllə yaralarından ölüblər.
Hadisən törədən cinayətkar da ölü tapılıb. Onun kimliyi, hadisənin səbəbləri açıqlanmır.