“Azparking”in yeni PUL TƏLƏSİ: - “Narazılıq yarada bilər”

22-05-2025, 12:52           
“Azparking”in yeni PUL TƏLƏSİ: - “Narazılıq yarada bilər”
“Azparking” xidmətinin sürücülərə xəbərdarlıq etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Belə ki, xidmət tərəfindən yayılan məlumata görə, parklanma zamanı məntəqənin nömrəsini düzgün qeyd etməyən sürücülərin əməliyyatı keçərsiz sayılacaq və bu zaman onlara 20 AZN cərimə tətbiq olunacaq.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov yeni tətbiq ediləcək qayda barəsində deyib ki, ərazi üzrə parklanmanın olması daha yaxşı olardı:

“Bu səhvin kobud şəkildə təkrarlanmasına inanmıram. Bunun üçün hər hansı cərimənin nəzərdə tutulması da ədalətli olmazdı. Burada məsələ kodlaşdırmanın və ya ödənişin sadələşdirilməsindən gedir. Əgər sadə ödənişin ödənilməsində bir problem olarsa, o başqa məsələ”.

“Fakt olaraq hər hansı ərazi üzrə kodlaşdırmanın düzgün olmamasında sözügedən meyarların nəzərə alınması narahatlıq yarada bilər. Yəni insanlarda, cəmiyyətdə bu hallara qarşı narazılıq yarana bilər”, – deyə o, fikirlərini tamamlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru