İndoneziyada 6,4 bal zəlzələ nəticəsində 10 nəfər ölüb - YENİLƏNİB

29-07-2018, 08:23           
İndoneziyada 6,4 bal zəlzələ nəticəsində 10 nəfər ölüb - YENİLƏNİB
İndoneziyanın Lombok adasında 6,4 bal gücündə baş vermiş zəlzələ nəticəsində 10 nəfər ölüb. APA-nın xəbərinə görə, bu barədə “Channel NewsAsia” telekanalı yerli FHN-ə istinadən məlumat yayıb.



İnsanların ölümünün səbəbi və təbii fəlakətlə əlaqədar digər təfərrüatlar hələlik açıqlanmır. Zəlzələ nəticəsində 40-dan çox insanın xəsarət aldığı bildirilir.







*** 05.59



İndoneziyanın Lombok adasında 6,4 bal gücündə zəlzələ baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla 06.47-də (Bakı vaxtı ilə 02.47) Rincani vulkanı və turistlər arasında populyar olan Bali adası yaxınlığında, Yer səthindən 7,5 km dərinlikdə qeydə alınıb.



Lombok adasında 3 mln.-dan çox əhali yaşayır.



Dağıntılar və insan ölümü barədə hələlik məlumat yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru