Bu gecə “qanlı ay” görünəcək – Dünyanın sonu yaxınlaşır?
27-09-2015, 17:40
Sentyabrın 27-dən 28-nə keçən gecə dünya nəhəng “qanlı ay”ı müşahidə edəcəklər.
Publika.az xarici KİV-ə istinadən məlumat verir ki, bu gecə Bakı vaxtı ilə təxminən 06:10 radələrində Yer kürəsinin əksər sakinləri göy üzündə qəribə və nadir hadisənin şahidi olacaqlar.
Bu, 14 gecəlik ayla ay tutulmasının eyni vaxta təsadüf etməsi ilə əlaqədardır. Onu da qeyd edək ki, bu hadisə çox nadir hallarda baş verir.
Yer kürəsinin kölgəsi qırmızımtıl çalara malik olduğundan ayın da əksi yerlə ahəng təşkil edəcək. Elə “qanlı ay” ifadəsi də adını burdan götürüb.
Hazırda ay Yer kürəsinə çox yaxın olan orbitə yaxınlaşır. Bu səbəbdən də göy cisminin ölçüsü adət etdiyimizdən çox-çox nəhəng olacaq. Bu, super ay adlanır.
İki hadisənin üst-üstə düşməsi nisbətən nadir rast gəlinən hadisələrdəndir. Sonuncu dəfə bu cür astronomik hadisə 1982-ci ildə müşahidə edilib. Növbəti dəfə isə 2033-cü ildə olacağı gözlənilir.