Deputat köməkçisi “dövlət əmlakını talama” İTTİHAMINA CAVAB VERDİ

30-09-2015, 15:24           
 Deputat köməkçisi “dövlət əmlakını talama” İTTİHAMINA CAVAB VERDİ
Deputat Elmira Axundova və onun oğlu Həbib Axundov külli miqdarda dövlət vəsaitini məsimsəməkdə ittiham olunur.

Mətbuatda yayılan məlumatlarda bir qrup şəxs deputat və onun oğlunu ittiham edib. İttihamçılar bildirib ki, “onlarla insanı aldadıb həyatlarını zəhərə döndərən yeganə oğlu Həbib Axundovu cəmiyyət üçün xeyirli övlad kimi yetişdirə bilməyən Elmira Axundovanın müxtəlif televiziya kanallarında gənclərə öyüd-nəsihət verməsi, problemə düçar olmuş şəxslərə yol göstərməsi və bəzən də şou üçün göz yaşları axıtması insanda ikrah hissi yaradır. Aldadılmış insanlar çarəsiz durumda və ümidsiz olaraq çıxış yolları axtardıqları halda, Həbib Axundov Londonda, Dubayda, Antalyada və dünyanın müxtəlif şəhərlərində kef məclisləri qurur, dövlət nömrə nişanları 111-lə bitən 5-6 ədəd bahalı (”Porshe", “Jip-Wrangler”) avtomaşınlar sürür, Port-Baku adlanan bahalı yaşayış kompleksində anasına və özünə məxsus 370 kv.metrlik mənzildə qiyməti milyonlarla manat olan təmir apartdırır, A.Alı küçəsi 45 ünvanında 5 mərtəbəli dəbdəbəli qeyri-yaşayış sahəsinin inşasını tamamlatdırır. Dövlət Gömrük Komitəsində aylıq əmək haqqı 485 manat 46 qəpik təşkil edən bu şəxs hansı vəsait hesabına dəyəri milyonlarla ölçülən bu işləri görə bilir?

Hafta.az məsələ ilə əlaqədar olaraq deputat xanımla əlaqə saxladı. Elmira Axundovanın telefonunan onun köməkçisi cavab verərək bildirdi ki, deputat xanım hazırda Milli Məclisin iclasında iştirak etdiyinə görə, danışa bilməyəcək. Elmira Axundovanın köməkçisi şikayətlə bağlı onu bildirdi ki, qeyd olunan məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

“Dediyiniz şəxslər millət vəkilini dövlət əmlakını talamaqda ittiham edir məsələ hüquqi müstəviyə çıxarılaraq araşdırılacaq. Prokurorluq və polis orqanları da məsələ barədə məlumatlandırılıb. Həbib Axundovu ittiham edən Fərman Mehdiyevin tamam başqa işlə əlaqədər hazırda məhkəmə işləri gedir. Bu şəxslərin iddia və əməllərinə ən doğru qiyməti hüquq-mühafizə orqanları verəcək.”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.