Rusiya polisləri onlara hücum edən azərbaycanlını güllələdilər

14-10-2018, 14:37           
Rusiya polisləri onlara hücum edən azərbaycanlını güllələdilər
Rusiyanın Sankt-Peterburq üzrə istintaq orqanları 1993-cü ildə Azərbaycanda anadan olan vətəndaş barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci bəndinin 2-ci hissəsində (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq hərəkəti) nəzərdə tutulan cinayət üzrə iş açıb.

Teref.az Oxu.Az-a istinadən xəbər verir ki, Rusiya mətbuatına istinadla xəbər verir ki, oktyabrın 13-də polis əməkdaşları daha öncə Krasnoselsk rayonunda qaçırılmış avtomobili saxlayıblar.

Avtomobili tərk edən sürücü bıçaqla hüquq mühafizə orqanları nümayəndələrinə hücum edib. Havaya açılan xəbərdarlıq atəşindən sonra polis əməkdaşları şübhəli qismində saxlanılan şəxsi hədəfə alıblar və onu sağ çiynindən yaralayıblar.

Hazırda cani xəstəxanada mühafizə olunur. Onun həbs olunması və ittiham irəli sürülməsi məsələləri həll edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru