18 yaşlı oğlanı dostu güllələdi

14-10-2018, 14:50           
18 yaşlı oğlanı dostu güllələdi
Oktyabrın 13-də Şabran rayonu Zeyvə kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Məmmədi oğlu Şıxəliyevin ölümünün təfərrüatı məlum olub

Teref.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, araşdırma nəticəsində Mahir Şıxəliyevi dostu, 2003-cü il təvəllüdlü Elçin Gülbaba oğlu Bağırovun ehtiyyatsızlıqdan güllələdiyi müəyyənləşib.

Belə ki, mərhum ovladığı quşları bişirən zaman dostuna bildirib ki, tüfəngi ona gətirsin. E. Bağırov tüfəngi Mahirə gətirən zaman əli tətiyə ilişib, atəş açılıb. Nəticədə, güllə Şıxəliyevin sağ tərəfdən sifət nahiyyəsinə dəyib.

Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən M.Şıxəliyev bir müddətdən sonra orada ölüb.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru