Kenquru qadının qabırğalarını sındırdı, ailə üzvlərini döydü

14-10-2018, 19:10           
Kenquru qadının qabırğalarını sındırdı, ailə üzvlərini döydü
Avstraliyanın Kvinslend ştatında kenquru üç nəfərdən ibarət ailəni döyüb.

Döyülənlərdən ikisi xəstəxanaya yerləşdirilib.

Zərərçəkən Linda Smit tibb işçilərinə bildirib ki, həyat yoldaşı ilə vəhşi təbiətdə yaşayan kenqurulara qayğı göstərir. Bu dəfə də Lindanın həyat yoldaşı kenqurunu yemləmək istəyib, lakin heyvan ona hücum edib. Ona yardıma gələn qadınla oğlu da xəsarət alıblar.

64 yaşlı Linda Smitin qabırğaları sınıb. Həmçinin onun döş qəfəsi də zədələnib. Qadın hazırda xəstəxanadadır, onun üzərində cərrahiyyə əməliyyatı aparılacaq.

Smit qeyd edib ki, o heç zaman belə aqresiv kenqurularla rastlaşmayıb.(Oxu.Az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru