Ermənilər Moskvada MMA döyüşündə kütləvi dava salıblar - VİDEO

11-11-2018, 09:29           
Ermənilər Moskvada MMA döyüşündə kütləvi dava salıblar - VİDEO
Moskvada idmançılar Timur Naqibinlə Georgi Karaxanyan arasında MMA döyüşü turniri ermənilərin kütləvi davası ilə başa çatıb.

"Report" xəbər verir ki, hadisə döyüşdən dərhal sonra baş verib. Naqibin raundun bitməsini elan edən xəbərdarlıqdan sonra rəqibini vurduğuna görə cəzalandırılıb və qələbə Karaxanyana verilib.

Naqibinin komandasının üzvləri döyüşdən sonra paltardəyişmə otağına gedərkən erməni azarkeşlər onlara hücum etmək istəyiblər. Bu səbəbdən kütləvi dava baş verib. Davanın qarşısını almaq üçün əraziyə Rusiyanın xüsusi təyinatlı polis dəstəsi cəlb edilib.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.