Şəhriyar Məmmədyarov FIDE-nin yeni reytinqində 3 pillə geriləyib

1-06-2019, 07:11           
Şəhriyar Məmmədyarov FIDE-nin yeni reytinqində 3 pillə geriləyib
Beynəlxalq Şahmat Federasiyası (FİDE) iyun ayı üçün reytinq siyahısını açıqlayıb.

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ötən ayla müqayisədə 3 pillə geriləyib. Hazırda 33 yaşlı zəka sahibi 2774 xalla 8-ci pillədə qərarlaşıb. O, norveçli dünya çempionu və lider Maqnus Karlsendən 101 xal geri qalır.

Teymur Rəcəbov isə yenə əvvəlki mövqeyində qalıb. 2759 xala malik 32 yaşlı qrossmeyster yenə 12-cidir. Elə Arkadi Naydiçin də mövqeyi dəyişməyib. O, 2681 xalla 58-cidir. Yenə 2654 xalı olan Qədir Hüseynov isə 97-ci yerdə qalıb.

Qadınlara gəldikdə, Günay Məmmədzadə 2427 xalla 40-cı pillədə qalıb. Ötən ay 92-ci pillədə yer almış Xanım Balacayeva isə bu dəfə "100-lüy"ü tərk edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru