“Qarabağ”ın Çempionlar Liqasında növbəti rəqibi müəyyənləşib

18-07-2019, 07:32           
“Qarabağ”ın Çempionlar Liqasında növbəti rəqibi müəyyənləşib
Ağdamın “Qarabağ” klubunun Çempionlar Liqasındakı növbəti rəqibi müəyyənləşib.APA-nın məlumatına görə, Albaniyanın “Partizani” klubunu iki oyunun yekununda (0:0, 2:0) məğlub edən Azərbaycan çempionu II təsnifat mərhələsində “Dandalk” (İrlandiya) ilə qarşılaşacaq.

İrlandiya təmsilçisi I təsnifat mərhələsində “Riqa”nı (Latviya) yarışdan kənarlaşdırıb. Bu komandalar arasındakı ilk görüş İrlandiyada baş tutub və qolsuz heç-heçə ilə nəticələnib.

Latviyadakı matçın 90 dəqiqəsində də azarkeşlər qol izləməyiblər. Əlavə vaxtda da hesab dəyişmədiyindən cütün taleyinə penaltilər seriyası aydınlıq gətirib. Daha dəqiq olan irlandiyalılar 5:4 hesablı qələbə qazanıblar.

II təsnifat mərhələsinin “Dandalk” – “Qarabağ” oyunu iyulun 23 və ya 24-də keçiriləcək. Ağdamlıların ev qarşılaşması isə iyulun 30 və ya 31-də baş tutacaq.

Qeyd edək ki, “Qarabağ”a məğlub olan “Partizani” mübarizəni Avropa Liqasında davam etdirəcək. Albaniyalılar iyulun 25-də və avqustun 1-də keçiriləcək II təsnifat mərhələsində “Şerif”lə (Moldova) üz-üzə gələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru