“Qarabağ”ın rəqibi haqqında maraqlı məlumatlar... - Qısa araşdırma

18-07-2019, 11:30           
“Qarabağ”ın rəqibi haqqında maraqlı məlumatlar... - Qısa araşdırma
Xəbər verdiyimiz kimi, "Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İrlandiyanın "Dundalk" komandası ilə qarşılaşacaq.

"Yeni Sabah" ölkəmizi qitənin 1 nömrəli turnirində təmsil edən klubumuzun rəqibi haqqında məlumatı sizə təqdim edir:

İrlandiyanın "Dundalk" klubu 1885-ci ildə həvəskar klub kimi yaradılsa da, 1903-cü ilin sentyabrından etibarən, peşəkar klub olaraq tanınmağa başlayıb.

Onun adı İrlandiyadakı "Dalqan" qalasının adından götürülüb. Klubun 1940-cı ildən ənənəvi rəngi ağ-qara sayılır. Onun ləqəbləri "ağ zambaqlar" və "qala"dır.

Ev oyunlarını 1926-cı ildən 4500 nəfər azarkeş tutumu olan "Oriel Park" stadionunda keçirir. "Ağ-qaralar" ölkə çempionluğunu ən çox qazanan ikinci komandadır. Belə ki, o, 13 dəfə İrlandiya çempionu adını qazanmağı bacarıb. Eyni zamanda, klubun aktivində 11 ölkə kuboku da var.

Klubun "qızıl dövrü" 2013-2018-ci illər aralığı hesab olunur ki, bu da klub meneceri Stefan Kenninin adı ilə bağlıdır.

Burada ən çox oyun keçirmiş futbolçu Tommi Maksonvildir. O, 1964-1986 illərdə fasilərlə 387 burada matça çıxıb.

Hazırda klubun prezidenti Mixael Treasi, baş məşqçisi isə 2007-ci ildə "Dundalk"da oynamış Vinni Pertdir.

Klubda 2013-cü ildən köməkçi məşqçi kimi çalışan Vinni Pert baş məşqçi kimi fəaliyyətinə bu ildən başlayıb.

Naibə Məmmədova












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru