"Yuventus" Poqbanın müqabilində üç oyunçusunu təklif edir

19-07-2019, 07:45           
"Yuventus" Poqbanın müqabilində üç oyunçusunu təklif edir
"Yuventus" hələ də "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın komandaya cəlb edilməsi imkanlarını nəzərdən keçirir.

“Report” xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşrinə istinadən "El Mundo Deportivo" məlumat yayıb.

Mənbənin məlumatına görə, "qoca sinyora" Poqbanın müqabilində birdən-birə üç futbolçusunu — müdafiəçi Joau Kanselu, yarımmüdafiəçi Blez Matüidi və vinqer Duqlas Kostanı təklif etməyə hazırdır.

Fransalı futbolçu başa çatan mövsümdə İngiltərə çempionatında keçirdiyi 35 matçda 13 qol vurub (7-si penaldan) və 9 məhsuldar ötürmə edib. 26 yaşlı yarımmüdafiəçinin bazar qiyməti 100 milyon avrodur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.