"Qəbələ”nin UEFA Avropa Liqasının II təsnifat mərhələsi üçün heyəti müəyyənləşib
21-07-2019, 07:25
"Qəbələ”nin UEFA Avropa Liqasının II təsnifat mərhələsi üçün heyəti müəyyənləşib. "Report" xəbər verir ki, “qırmızı-qaralar” Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə qarşılaşmalar üçün ilkin sifariş vərəqini UEFA-ya təqdim edib.
Siyahıda ümumilikdə 26 futbolçu yer alıb. Onlardan 6-sı legionerdir.
Qeyd edək ki, “Qəbələ” ilə “Dinamo” arasında ilk oyun iyulun 25-də, cavab matçı avqustun 1-də baş tutacaq. Azərbaycan təmsilçisi ilk matçı Qəbələdə keçirəcək.