Qurban Qurbanov: "Zədəli futbolçulara görə, oyun planımızda dəyişikliklər oldu"

25-07-2019, 06:48           
Qurban Qurbanov: "Zədəli futbolçulara görə, oyun planımızda dəyişikliklər oldu"
"Bütün şəraiti nəzərə alsaq, bizim üçün ağır səfər idi. Həm də bəzi zədəli futbolçularımızın olmasına görə, oyun planımızda dəyişikliklər oldu".

“Report” xəbər verir ki, bunu Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında səfərdə İrlandiyanın "Dundalk" klubuyla 1:1 hesablı heç-heçə etdiyi matçdan sonra "Qarabağ" baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında deyib.

O, rəqibin həddindən çox istəkli olduğunu bildirib:

"Bizim üçün heç də asan olmadı. Amma futbolçuların hər birindən razı qaldım. Cavab matçında maksimum diqqətli olmalıyıq. İnanıram ki, qarşıdakı 1 həftəlik müddətdə komandanı oyuna istədiyimiz kimi tam hazır edəcəyik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru