“EYOF Bakı 2019”: Dörd günün yekununda medal siyahısına Rusiya komandası başçılıq edir

25-07-2019, 06:49           
“EYOF Bakı 2019”: Dörd günün yekununda medal siyahısına Rusiya komandası başçılıq edir
“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında dörd günlük idman mübarizəsinin yekununda 33 ölkənin təmsilçiləri medal qazanıblar.

Trend-in məlumatına görə, dörd günün nəticələrinə əsasən medal siyahısına Rusiya yığma komandası başçılıq edir.

Bu komandanın aktivində 32 (13-8-11) medal var. Hesabında 19 (9-5-5) medal olan Azərbaycan millisi ikinci pillədə qərarlaşıb. Komandamızın heyətində güləşçilərimiz 8 qızıl, 5 gümüş və 3 bürünc, cüdoçularımız isə 1 qızıl və 2 bürünc medal qazanıblar. Güləşçilərimizdən yunan-Roma pəhləvanlarımız 3 qızıl və 1 bürünc, sərbəst güləşçilərimiz 1 qızıl, 2 gümüş və 1 bürünc, qadın güləşçilərimiz isə 2 gümüş medala sahib olublar.

"EYOF Bakı 2019"un medal siyahısında ilk üçlüyü 6 qızıl, 4 gümüş və 5 bürünc medalla Türkiyə seçməsi tamamlayır. Böyük Britaniya 12 (5-5-2) medalla dördüncü, İtaliya isə 11 (4-4-3) medalla beşinci pillədə yer alıb.

Festivala iyulun 27-də yekun vurulacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru