PSJ Neymarı iyulun 31-dək satmaq niyyətindədir

25-07-2019, 07:04           
PSJ Neymarı iyulun 31-dək satmaq niyyətindədir
Fransanın PSJ klubu braziliyalı hücumçusu Neymarı iyulun 31-dək satmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə "CNews"a istinadən AS nəşri məlumat yayıb.

Bildirilir ki, Paris klubu əsas qrupda məşqlərə qayıdanadək Neymardan yaxa qurtarmaq istəyir. Komandanın düşərgəsində klubunu dəyişmək niyyətində olan 27 yaşlı forvardın geri qayıdışının PSJ-nin mövsüm hazırlıqlarına mənfi təsir göstərə biləcəyindən ehtiyatlanırlar.

Neymar "Pari Sen-Jermen"ə 2017-ci ilin yayında "Barselona"dan 222 milyon avroya transfer olunub və bununla da tarixin ən bahalı futbolçusu olub. Onunla müqavilə 2022-ci ilin 30 iyun tarixinədək nəzərdə tutulub. Braziliyalı ötən mövsüm klub səviyyəsində keçirdiyi 28 görüşdə 23 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.