XV Avropa Gənclər Yay Olimpiya Festivalına yekun vurulacaq
27-07-2019, 10:26
Bu gün Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalına (EYOF) yekun vurulacaq.
"Report"un məlumatına son yarış günündə Azərbaycan idmançıları 5 idman növündə mübarizə aparacaqlar.
Axşam saat 20:30-da EYOF-un bağlanış mərasimi təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan idmançıları medal sıralamasında 10 qızıl, 7 gümüş, 6 bürünc medalla ikinci yerdədir. 25 qızıl, 14 gümüş və 19 bürünc medal əldə edən Rusiya siyahıya başçılıq edir.