Təyyarə evlərin üstünə düşdü: 19 ölü, 16 yaralı - FOTO/VİDEO
30-07-2019, 08:30
Pakistanda hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 19-a çatıb.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrindən bildirilib.
Daha 16 nəfərin yaralandığı deyilir.
Qeyd edək ki, təyyarə təlim uçuşunu yerinə yetirirdi. Təyyarə yerə düşəndən sonra alışıb və yanğın yaxınlıqdakı evlərə keçib. Qəzanın səbəbləri bildirilmir.