Bu gün avrokuboklarda 6 oyun keçiriləcək

31-07-2019, 07:33           
Bu gün avrokuboklarda 6 oyun keçiriləcək
Bu gün 2019/2020 avrokubok mövsümündə II təsnifat mərhələsinin növbəti cavab oyunları keçiriləcək.

"Report"un məlumatına görə, Çempionlar Liqasında (ÇL) 5, Avropa Liqasında isə 1 görüş baş tutacaq.

Azərbaycan çempionu "Qarabağ" ÇL-in II təsnifat mərhələsinin cavab oyununda İrlandiya "Dandolk"unu qəbul edəcək.

UEFA Avropa Liqasındakı yeganə matçda isə Serbiyanın "Çukariçki" kollektivi Norveçin "Molde" klubunun müqavimətini qırmağa çalışacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

20:00. HİK (Finlandiya) - “Srvena Zvezda” (Serbiya)

İlk oyun - 0:2

21:00. AIK (İsveç) - “Maribor” (Sloveniya)

İlk oyun - 1:2

21:00. “Qarabağ” (Azərbaycan) - “Dandolk” (İrlandiya)

İlk oyun - 1:1

21:00. “Rusenborq” (Norveç) - BATE (Belarus)

İlk oyun - 1:2

21:45. “Kopenhagen” (Danimarka) - TNS (Uels)

İlk oyun - 2:0

Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunu

22:45. "Çukariçki" (Serbiya) - "Molde" (Norveç)

İlk oyun - 0:0












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru