Güləşçimiz Dünya çempionu olub (FOTO)

31-07-2019, 07:37           
Güləşçimiz Dünya çempionu olub (FOTO)
Yeniyetmə güləşçimiz Cəbrayıl Hacıyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Trend-ə Azərbaycan Güləş Federasiyasından verilən məluamta görə, yarışda 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçilər mübarizə aparıb.

Güləşçimiz Cəbrayıl Hacıyev (65 kiloqram) ilk görüşündə türk rəqibini çətinlik çəkmədən məğlub edib - 11:5. Avropa Gənclər Olimpiya Festivalının çempionu sonra iranlı pəhləvanla qarşılaşmadan qalib ayrılıb. Yapon güləşçini də mübarizədən kənarlaşdıran Cəbrayıl yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında C.Hacıyevin rəqibi Gürcüstan təmsilçisi olub. Festivalda tam üstünlüklə qalib gəldiyi rəqibin ciddi müqaviməti ilə üzləşən yığmamızın üzvü hesabda 2:6 geridə olsa da, əzmkarlıq nümayiş etdirərək son saniyələrdə icra etdiyi uğurlu fəndlərlə adını finala yazdırmağı bacarıb.

C.Hacıyev həlledici görüşdə festivalın finalında məğlub etdiyi Rusiya idmançısıyla qarşılaşıb və Bakıdakı ssenari təkrarlanıb. Yenə hesabda geriyə düşən yığmamızın üzvü 6:4 hesablı əzmkar qələbə qazanaraq dünya çempionu olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru