UEFA Çempionlar Liqası:“Qarabağ” “Dundalk”a böyük hesabla qalib gəldi

1-08-2019, 00:00           
UEFA Çempionlar Liqası:“Qarabağ” “Dundalk”a böyük hesabla qalib gəldi
Ağdamın “Qarabağ” klubu Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib.

APA-nın məlumatına görə, Azərbaycan çempionu növbəti mərhələyə vəsiqəni İrlandiya təmsilçisi “Dandolk”la görüşdə qazanıb.

Səfərdə 1:1 hesablı heç-heçə edən Qurban Qurbanovun yetirmələri II təsnifat mərhələsinin cavab qarşılaşmasını “Dalğa Arena”da keçiriblər. Ağdamlılar rəqibini 3:0 hesabı ilə məğlub ediblər.

“Qarabağ”a qələbəni yeni transferləri qazandırıblar. Xayme Romero hər hissədə bir qol vurubsa, fasilədən sonra Aylton Silva rəqib qapısına yol tapıb. I təsnifat mərhələsinin Albaniya “Partizani”si ilə duelində (0:0, 2:0) olduğu kimi yenə səfərdə heç-heçə edən komanda evdə quru hesabla qalib gəlib.

Beləliklə, III təsnifat mərhələsinə darmadağınla yüksələn “Qarabağ” ardıcıl 6-cı dəfə avrokubokların qrupuna düşmək uğrunda mübarizəni davam etdirəcək. Ağdam klubu növbəti raundda Kiprin APOEL komandası ilə qarşılaşacaq. İlk oyun avqustun 6-da və ya 7-də səfərdə, cavab görüşü 13-də Bakıda baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru