Azərbaycan voleybolçuları lisenziya turnirinə məğlubiyyətlə başlayıb

2-08-2019, 00:34           
Azərbaycan voleybolçuları lisenziya turnirinə məğlubiyyətlə başlayıb
Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirində mübarizəyə başlayıb.

"Report" xəbər verir ki, D qrupunda yer alan yığmanın rəqibi Dominikan Respublikası millisi olub. Braziliyanın Uberlandiya şəhərində keçirilmiş görüş 3:0 hesabı ilə Dominikan millisinin qələbəsi ilə yekunlaşıb. Setlərdə isə hesab belə olub: 25-15, 25-22 və 25-18. Qrupun digər oyununda Braziliya Kameruna qalib gəlib 3-0 (25:14, 25:13, 25:16).

Qeyd edək ki, Azərbaycan millisi avqustun 2-də Braziliya, Kamerun isə Dominikan Respublikası ilə üz-üzə gələcək. Avqustun 3-də keçiriləcək üçüncü turun görüşlərindən sonra qrupda birinci yeri tutacaq komanda olimpiadaya lisenziya qazanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru