"Qəbələ" avrokubokla vidalaşıb

2-08-2019, 00:00           
"Qəbələ" avrokubokla vidalaşıb
“Qəbələ” avrokuboklarda mübarizəni dayandırıb.

APA-nın məlumatına görə, Azərbaycan kubokunun qalibi Avropa Liqasının II təsnifat mərhələsini adlaya bilməyib.

Yarışa bu raunddan başlayan Sənan Qurbanovun yetirmələri Gürcüstanın “Dinamo” klubu ilə cavab oyununda da uduzub. Evdə iki cavabsız qol buraxan “Qəbələ” Tbilisidəki görüşdə 0:3 hesabı ilə məğlub olub. Meydan sahibləri hər üç qolu fasilədən sonra vurublar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.