“Mançester Siti” və “Yuventus” Danilo-Kansela mübadiləsi barədə razılığa gəliblər

6-08-2019, 07:19           
“Mançester Siti” və “Yuventus” Danilo-Kansela mübadiləsi barədə razılığa gəliblər
“Yuventus” klubunun portuqaliyalı müdafiəçisi Joau Kanselu, braziliyalı müdafiəçi Danilo qarşılığında “Mançester Siti” yə keçəcək.

“Report”un məlumatına görə, İtaliya klubu eyni zamanda bu transferdən əlavə olaraq 28 milyon avro alacaq. Sabah Danilo tibbi müayinədən keçmək üçün Turinə gələcək.

Kanselu “Yuventus”a 2018-ci ilin yayında “Valensiya”dan keçib. Transferin məbləği 40,4 milyon avro olub

Danilo isə 2017-ci ilin yayında “Real Madrid” dən 30 milyon avroya “Mançester Siti”nin heyətinə qatılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru