Millimiz Xorvatiyaya qarşı – Start heyətində sürpriz
9-09-2019, 19:09

"Avro-2020"nin seçmə mərhələsində VI turun oyunları keçirilir.
“Yeni Sabah” xəbər verir ki, bu gün Azərbaycan millisi də növbəti matçında çıxacaq.
Nikola Yurçeviçin komandası doğma azarkeşləri önündə Xorvatiya yığmasını qəbul edəcək.
Keçirdiyi 4 görüşün hamısında məğlub olan millimizin son dünya çempionatının finalçısına qarşı necə çıxış edəcəyi maraqla gözlənilir.
AVRO-2020-nin seçmə mərhələsi
VI tur
E qrupu
9 sentyabr
20:00. Azərbaycan - Xorvatiya
Baş hakim: Sandro Şarer
Baş hakimin köməkçiləri: Stefan De Almeyda, Alain Heiniqer
Dördüncü hakim: Fedayi San
(hamısı İsveçrə)
Hakim-inspektor: Aleksandru Dyakonu (Moldova)
UEFA nümayəndəsi: Sergey İliç (Belarus)
Bakı. “Bakcell Arena” stadionu
Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bəhlul Mustafazadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 18.Anton Krivotsyuk, 21. Pavel Paşayev. 22. Cavid Hüseynov
Xorvatiya: 1. Dominik Livakoviç, 3. Borna Barişiç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 13. Nikola Vlasiç, 18. Ante Rebiç, 20. Bruno Petkoviç, 21. Domaqoy Vida, 22. Karlo Bartolets