AVRO-2020: Türkiyə qrup liderliyinə yüksəlib, Ronaldu 4 qol vurub - VİDEO

11-09-2019, 01:32           
AVRO-2020: Türkiyə qrup liderliyinə yüksəlib, Ronaldu 4 qol vurub - VİDEO
Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində VI tura yekun vurulub.

"Report"un məlumatına görə, turun son oyun günündə 3 qrupda 7 qarşılaşma təşkil olunub. A və B qruplarında 2, H qrupunda isə 3 matç keçirilib.

Qarşılaşmalarda yüksək məhsuldarlıq qeydə alınıb. Qapılara ümumilikdə 34 qol vurulub. Son dünya çempionu Fransa Andorranı 3, Türkiyə Moldovanı 4 cavabsız qolla məğlub edib.



Dünya çempionlarının heyətində Antuan Qrizmann ötən tur Albaniya ilə matçda olduğu kimi, yenə penaltidən yararlana bilməyib. H qrupunun daha bir matçında İslandiya səfərdə Albaniyaya uduzub. Nəticədə Türkiyə daha üstün top fərqinə malik olduğu üçün Fransanı geridə qoyaraq, liderliyə yüksəlib. İslandiya isə bu iki komandadan 3 xal geri düşüb.

A qrupunda İngiltərə Kosovo ilə görüşdə məhsuldar qələbəyə imza atıb - 5:3.



Çexiya isə səfərdə Monteneqronu 3:0 hesabı ilə yenərək, 2-ci pilləyə qayıdıb.

Nəhayət, B qrupunda Portuqaliya səfərdə Litvanı darmadağın edib - 5:1. Qollardan 4-nü Kriştianu Ronaldu vurub.



Lüksemburq isə Serbiyaya 1:3 hesabı ilə uduzaraq, 2-ci pilləni əldən verib.

AVRO-2020, seçmə mərhələ

VI tur

A qrupu

22:45. İngiltərə - Kosovo - 5:3

Qollar: Rəhim Sterlinq, 8. Harri Keyn, 19. Mergim Voyvoda, 38 (öz qapısına). Ceydon Sanço, 44; 45+1 - Valon Berişa, 1; 49. Vedat Muriç, 55 (pen.)

İstifadə olunmamış penalti: Harri Keyn, 65 (İngiltərə)

22:45. Monteneqro - Çexiya - 0:3

Qollar: Tomaş Suçek, 54. Lukaş Masopust, 58. Vladimir Darida, 90+4 (pen.)

Xal durumu: İngiltərə - 12 xal (4 oyuna), Çexiya - 9 (5), Kosovo – 8 (5), Monteneqro - 2 (5), Bolqarıstan – 2 (5).

B qrupu

22:45. Litva - Portuqaliya - 1:5

Qollar: Vitautas Andryuşkeviçyus, 28 - Kriştianu Ronaldu, 7 (pen.); 62; 65; 76. Vilyam Karvalyu, 90+2

22:45. Lüksemburq - Serbiya - 1:3

Qollar: Davit Turpel, 66 - Aleksandar Mitroviç, 36; 78. Nemanya Radonyiç, 55

Xal durumu: Ukrayna – 13 xal (5 oyuna), Portuqaliya – 8 (4), Serbiya - 7 (5), Lüksemburq – 4 (5), Litva – 1 (5)

H qrupu

22:45. Albaniya - İslandiya - 4:2

Qollar: Kastriot Dermaku, 32. Elseid Husay, 52. Odise Roşi, 79. Sokol Çikalleşi, 83 - Gilfi Siqurdsson, 47. Kolbeyn Siqtorsson, 58

22:45. Fransa - Andorra - 3:0

Qollar: Kinqsli Koman, 18. Kleman Lanqle, 52. Vissam Ben Yedder, 90+1

İstifadə olunmamış penalti: Antuan Qrizmann, 28 (Fransa)

22:45. Moldova - Türkiyə - 0:4

Qollar: Cenk Tosun, 37; 79. Deniz Türüc, 57. Yusuf Yazıcı, 88

Xal durumu: Türkiyə - 15 xal (6 oyuna), Fransa - 15 (6), İslandiya – 12 (6), Albaniya – 9 (6), Moldova – 3 (6), Andorra – 0 (6).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru