“Düdelanj” - “Qarabağ” oyunu zamanı daha bir insident olub - FOTO

4-10-2019, 10:30           
“Düdelanj” - “Qarabağ” oyunu zamanı daha bir insident olub - FOTO
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Lüksemburqda “Düdelanj”ı 4:1 hesabı ilə məğlub etdiyi oyunda daha bir insident baş verib.

“Report” “Lessentiel” portalına istinadən xəbər verir ki, oyunun keçirildiyi “Jozi Bartel” stadionunun dayanacağında bir neçə avtomobilin şüşələri sındırılaraq qarət olunub. Oğurluq dayanacağın üçüncü mərtəbəsində, matç yarımçıq dayandırılan zaman baş verib.

Hadisə yerinə gələn polis əməkdaşları qarət olunan avtomobillərdən barmaq izləri götürüblər. Həmçinin zərərçəkənlərə bildirilib ki, nəzarət kameralarının qeydə aldığı görüntülərə baxılacaq.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.