“Traktor” dünyanın ən çox azarkeş toplayan klubları sırasında yer alıb

5-10-2019, 07:07           
“Traktor” dünyanın ən çox azarkeş toplayan klubları sırasında yer alıb
İranın 'Traktor' futbol klubu dünyanın 5-ci ən çox azarkeş toplayan klubudur.

APA “americanınsesi”nə istinadla xəbər verir ki, Transfer Market vebsaytı cümə axşamı dünyanın ən populyar komandalarının son reytinqini açıqlayıb.

Saytın sıralamasına görə, İran Azərbaycanında və İran türkləri arasında ən çox azarkeşi olan “Traktor” futbol klubu dünyanın 5-ci ən çox azarkeşə sahib olan klublar arasında yer tutub.

Orta hesabla 66,833 azarkeşə malik “Traktor” dünyanın ən populyar komandaları sırasındadır.

Bu sıralamada Dortmund stadionu 81.368 azarkeşlə birinci yerdədir. Sonrakı yerlərdə isə "Barcelona", "Bavaria" və "Manchester United" gəlir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru