“Yuventus” “İnter”ə qalib gələrək liderliyə yüksəlib

7-10-2019, 01:31           
“Yuventus” “İnter”ə qalib gələrək liderliyə yüksəlib
İtaliya A seriyasında VII tur başa çatıb.

APA-nın məlumatına görə, bir matçı təxirə salınan turun son günündə 6 oyun keçirilib.

Mərkəzi qarşılaşmada “İnter” “Yuventus”u qəbul edib. Fasiləyədək hərəyə bir qol vuran komandaların duelinin taleyi ikinci hissədə həll olunub. Qələbə qazanan Turin klubu liderliyi ələ alıb.

İddialılardan “Napoli” “Torino” ilə heç-heçə edib. Paytaxt klubları da xal itiriblər. “Roma” “Kalyari” ilə, “Latsio” “Bolonya” ilə bərabərə qalıb. “Atalanta” isə “Leççe” üzərində qələbə əldə edib.

Qeyd edək ki, növbəti turun oyunları oktyabrın 19-21-də keçiriləcək.

İtaliya A seriyası
VII tur
6 oktyabr
“Fiorentina” – “Udineze” – 1:0
Milenkoviç, 72
“Roma” – “Kalyari” – 1:1
Kapitelli, 31 (avtoqol) – Pedro, 26 (pen.)
“Atalanta” – “Leççe” – 3:1
Zapata, 35, Qomes, 40, Qosens, 56 – Luçioni, 86
“Bolonya” – “Latsio” – 2:2
Kreyçl, 25, Palasio, 31 – İmmobile, 23, 39
“Torino” – “Napoli” – 0:0
“İnter” – “Yuventus” – 1:2
Martines, 18 (pen.) – Dibala, 4, İquayn, 80












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru