“Qarabağ”ın rəqibi “Barselona” qarşısında aciz qalıb

7-10-2019, 02:33           
“Qarabağ”ın rəqibi “Barselona” qarşısında aciz qalıb
İspaniya La Liqasında VIII tura yekun vurulub.

APA-nın məlumatına görə, turun son günündə 5 matç keçirilib.

“Barselona” günün mərkəzi oyununda “Sevilya”nı qəbul edib. Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasındakı rəqibi İspaniya nəhəngi qarşısında aciz olub. Kataloniyalılar çətinlik çəkmədən darmadağınla qalib gəliblər.

“Atletik” “Selta”yla matçda xalsız qalıb. “Atletiko” isə səfərdə “Valyadolid”lə heç-heçə edib. “Real-Sosyedad” evdə “Xetafe” ilə bacarmayıb.

Qeyd edək ki, növbəti turun oyunları oktyabrın 18-20-də keçiriləcək.

İspaniya La Liqası
VIII tur
6 oktyabr
“Malyorka” – “Espanyol” – 2:0
Budimir, 37, Sevilya, 73
“Selta” – “Atletik” – 1:0
Aspas, 74
“Valyadolid” – “Atletiko” – 0:0
“Real-Sosyedad” – “Xetafe” – 1:2
Marino, 5 – Mata, 69, Maksimoviç, 89
“Barselona” – “Sevilya” – 4:0
Suares, 27, Vidal, 32, Dembele, 35, Messi, 78












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru