""Qarabağ"- "F91 Düdelanj" oyunu zamanı yaşananlar qəbuledilməz hadisədir" - Belçikalı deputat
7-10-2019, 18:23
"Qarabağ"- "F91 Düdelanj" oyunu zamanı yaşananlar qəbuledilməz hadisədir. UEFA bu məsələdə tərəf tutmamalı və klubu cəzalandırmalıdır.
Diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk Hurriyyet.org-a məlumat verib ki, bu sözləri Belçika Parlamentinin deputatı Şevket Temiz bildirib.
"Qarabağ beynəlxalq hüquqda da Azərbaycanın torpağıdır. Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. Beynəlxalq sənədlərdə Ermənistan işğalçı dövlət kimi tanınır. Azərbaycanın haqlı mövqeyi müdafiə olunur. Təəssüf ki, ATƏT Minsk qrupunun fəaliyyətindən 1994-cü ildən bu günə qədər heç bir irəliləyiş yoxdur. Bu bizi narahat edir.
Ümumiyyətlə, idman yarışlarını siyasət, şiddət və təxribat fəaliyyətlərinin meydanı olmamalıdır. UEFA-dan cəsur qərar cəza gözləyirik. Həm də Azərbaycan təxribatla bağlı hərəkətə keçməlidir",-deyə deputat açıqlamasında qeyd edib.