UEFA Macarıstan – Azərbaycan matçı ilə bağlı qərarı qüvvədə saxlayıb

8-10-2019, 09:50           
UEFA Macarıstan – Azərbaycan matçı ilə bağlı qərarı qüvvədə saxlayıb
UEFA Apelyasiya Komissiyası AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Macarıstan yığmasının müraciətinə baxıb.

APA-nın məlumatına görə, qurum macarların şikayətini rədd edib.

Nəticədə Nəzarət, Etika və İntizam Komissiyasının sentyabrın 9-da keçirilmiş Macarıstan – Slovakiya oyunu (1:2) ilə bağlı
qərar qüvvədə saxlanılıb.

Bu o deməkdir ki, Macarıstan yığması seçmə mərhələdəki növbəti ev oyununu tamaşaçısız keçirəcək. Həmin cəza Azərbaycanla oktyabrın 13-də Budapeştdə baş tutacaq matça təsadüf edəcək. Macarıstan Futbol Federasiyasına verilən 67 min 125 dollarlıq cərimənin məbləği də dəyişməz qalıb.

Qeyd edək ki, bu cəzaya azarkeşlərin irqçi şüarları səbəb olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru