Rusiya yığması 0:61 hesabı ilə məğlub oldu

10-10-2019, 00:33           
Rusiya yığması 0:61 hesabı ilə məğlub oldu
Bu, turnirdə Rusiyanın dördüncü məğlubiyyəti olub

Yaponiyada keçirilən reqbi üzrə Dünya kubokunda Rusiya yığması Şotlandiyaya 0:61 hesabı ilə məğlub olub.

Bu, turnirdə Rusiyanın dördüncü məğlubiyyəti olub.

İlk turda ev sahiblərinə 10:30 hesabı ilə məğlub olan ruslar, daha sonra Samoaya 9:34, İrlandiyaya 0:35 hesabı ilə uduzublar.

Bununla da Rusiya yığması qrup mərhələsində bir xal belə qazana bilməyərək çıxışlarını bitiriblər.(oxu.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.