Azərbaycan millisi Fransa ilə oyunda darmadağın olub
11-10-2019, 01:12
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.
APA-nın məlumatına görə, Milan Obradoviçin baş məşqçisi olduğu komanda AVRO-2021-in seçmə mərhələsində dördüncü qarşılaşmasına çıxıb.
Yığma Fransada meydan sahibləri ilə görüşüb. Yarışın favoritlərindən olan meydan sahibləri qarşılaşmanın taleyini artıq ilk yarıda həll edib.
Fransa fasiləyədək futbolçularımızı üç qolla məyus edib. İkinci hissədə daha iki dəfə fərqlənən rəqib yığmamızı 5:0 hesabı ilə darmadağına məruz qoyub.
Qeyd edək ki, qrupda daha bir oyun oktyabrın 11-də baş tutacaq. Gürcüstan yığması İsveçrə ilə görüşəcək.
U-21-lər arasında AVRO-2021-in seçmə mərhələsi 2-ci qrup 10 oktyabr 23:00. Fransa – Azərbaycan – 5:0 Qollar: Eduard, 2, 26, Zaqadu, 40, Aouar, 52, Nordin, 76 Baş hakim: Antonio Emanuel Karvalyo Nobre Baş hakimin köməkçiləri: Nuno Pereyra, Bruno Alves Xesus Dördüncü hakim: Helder Malheiro (hamısı Portuqaliya) Kale. “Stad Lepope”