Türkiyədən əzmkar qələbə, İngiltərə məğlub oldu

12-10-2019, 02:42           
Türkiyədən əzmkar qələbə, İngiltərə məğlub oldu
AVRO-2020-nin seçmə mərhələsi davam edir.

"Yeni Sabah" xəbər verir ki, 7-ci turun ikinci oyun günündə yeddi qarşılaşma keçirilib.

Türkiyə millisi Albaniyanı qəbul edib.Türklər qələbə qolunu son dəqiqələrdə vurub. H qrupunun favoriti Fransa səfərdə İslandiyanı bir qolla məğlub edib. Andorra isə Moldova ilə matçda ilk qələbəsinə sevinib.

B qrupunda favoritlər qələbə qazanıblar. Ukrayna Litvanı, Portuqaliya Lüksemburqu məğlub edib.

İngiltərə Çexiyaya uduzub. Bu qrupun digər matçında Monteneqro Bolqarıstanla bərabərə qalıb.

AVRO-2020-nin seçmə mərhələsi

VII tur

11 oktyabr

A qrupu

22:45. Monteneqro – Bolqarıstan – 0:0

22:45. Çexiya – İngiltərə - 2:1

Brabets, 9, Ondrasek, 85 – Keyn, 5 (pen.)


22:45. Ukrayna – Litva – 2:0
B qrupu

Malinovski, 29, 58

22:45. Portuqaliya – Lüksemburq – 3:0

B.Silva, 16, Ronaldo, 65, Qedeş, 89


H qrupuNövbəti turun oyunları oktyabrın 14-də keçiriləcək: Ukrayna – Portuqaliya, Litva – Serbiya.

22:45. Türkiyə - Albaniya – 1:0

Tosun, 90

22:45. İslandiya – Fransa – 0:1

Jiru, 66 (pen.)

22:45. Andorra – Moldova – 1:0

Vales, 63












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru