UFC-nin keçmiş çempionu Keyn Velaskes peşəkar karyerasını başa vurub

12-10-2019, 08:01           
UFC-nin keçmiş çempionu Keyn Velaskes peşəkar karyerasını başa vurub
Mütləq döyüş çempionatının (UFC) keçmiş çempionu Keyn Velaskes qarışıq döyüş sənətlərində peşəkar karyerasını başa vurub.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Bildirilir ki, o, restlinqə keçəcək. Keyn Velaskes birinci təkbətək döyüşünü oktyabrın 31-də meksikalı idmançı, hazırkı çempion Broka Lesnara qarşı keçirəcək. Təkbətək döyüş Səudiyyə Ərəbistanında baş tutacaq.

Qeyd edilir ki, əgər 37 yaşlı döyüşçü MMA-ya qayıtmaq istəsə, onda o, 6 ay yeni dopinq yoxlamasının nəticələrini gözləməli olacaq.

Velaskes MMA-da son döyüşünü 2019-cu ilin 17 fevralında keçirib. O, Fransis Nqanna nokautla məğlub olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru