Türkiyə Fransa, Portuqaliya Ukrayna ilə qarşılaşacaq

14-10-2019, 02:36           
Türkiyə Fransa, Portuqaliya Ukrayna ilə qarşılaşacaq
AVRO-2020-nin seçmə mərhələsi davam edir.

APA-nın məlumatına görə, VIII turun ikinci oyun günündə yeddi qarşılaşma keçiriləcək.

Qonşu Türkiyə yığması bu gün AVRO-2020-nin final mərhələsinə vəsiqəni təmin edə bilər. Bunun üçün “ay-ulduzlular” Fransa səfərində qalib gəlməli, İslandiya Andorra ilə matçda xal itirməlidir. Əgər Andorra qələbə qazanaraq sensasiyaya imza atsa, türkiyəlilər heç-heçə ilə də istəyinə çatır. Fransa isə qələbə qazansa, vəsiqəni təmin edəcək.

A qrupunda Bolqarıstanla görüşəcək İngiltərənin də vəsiqəyə yiyələnməsi həm öz qələbəsi, həm də Kosovonun uduzmasından asılıdır.

B qrupunda liderlər Ukrayna və Portuqaliya görüşəcək. Meydan sahibləri uduzmasa, final mərhələsinə vəsiqə qazanacaq. Portuqaliyanın buna nail olması isə Serbiyanın büdrəməsindən asılıdır.

Qeyd edək ki, seçmə mərhələnin VIII turu oktyabrın 13-də başlayıb.

AVRO-2020-nin seçmə mərhələsi
VIII tur
14 oktyabr

A qrupu
22:45. Kosovo – Monteneqro
22:45. Bolqarıstan - İngiltərə

H qrupu
22:45. Moldova – Albaniya
22:45. İslandiya – Andorra
22:45. Fransa – Türkiyə












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru