İspaniya AVRO-2020-yə vəsiqə qazanıb

16-10-2019, 00:44           
İspaniya AVRO-2020-yə vəsiqə qazanıb
AVRO-2020-nin seçmə mərhələsində VIII tura yekun vurulub.

APA-nın məlumatına görə, 4 qrupda 9 qarşılaşma keçirilib.

D qrupunda İsveçrə İrlandiyaya qalib gəlib. Nəticədə sonuncular final mərhələsinə vəsiqəni təmin etmək şansını qaçırıblar. İlk qollarına sevinən Cəbəllütariq Gürcüstanla matçda heç-heçəni sonda əldən verib.

İspaniya isə AVRO-2020-yə vəsiqə qazanan 6-cı komanda olub. Pireneylilər İsveçdə qazandığı xalla buna nail olub. Onlar Belçika, İtaliya, Polşa, Rusiya və Ukraynaya qoşulublar. Norveç son dəqiqə qolu ilə Rumıniyanı 2-ci yerə yüksəlməkdən məhrum edib. İlk xallarını əldə edən Farer adaları Maltanı üstələyib.

G qrupunun yeganə matçında İsrail Latviyadan güclü olub. J qrupunun lideri İtaliya ardıcıl 8-ci qələbəsini qazanıb. Finlandiya isə Ermənistanı darmadağın edərək final mərhələsinə bir addım da yaxınlaşıb. Bosniya və Herseqovinanın Yunanıstanla görüşdəki məğlubiyyəti də şimallıların xeyrinə olub.

Qeyd edək ki, IX tur noyabrın 14-16-da keçiriləcək. Seçmə mərhələyə isə noyabrın 17-19-dakı qarşılaşmalarla yekun vurulacaq.

AVRO-2020-nin seçmə mərhələsi
VIII tur
15 oktyabr

D qrupu
22:45. İsveçrə - İrlandiya – 2:0
Seferoviç, 16, Daffi, 90 (avtoqol)
22:45. Cəbəllütariq – Gürcüstan – 2:3
Kaskiaro, 62, Çipolina, 74 - Xaraişvili, 10, Kankava, 21, Kvilikaya, 84

Növbəti oyunlar noyabrın 15-də keçiriləcək: İsveçrə - Gürcüstan, Danimarka – Cəbəllütariq.

F qrupu
22:45. İsveç – İspaniya – 1:1
Berq, 51 – Rodriqo, 90
22:45. Rumıniya – Norveç – 1:1
Mitrita, 62 – Sorlot, 90
22:45. Farer adaları – Malta – 1:0
Baldvinsson, 71

Növbəti oyunlar noyabrın 15-də keçiriləcək: Norveç – Farer adaları, İspaniya – Malta, Rumıniya – İsveç.

G qrupu
22:45. İsrail – Latviya – 3:1
Dabbur, 16, 42, Zahavi, 26 – Karnes, 40

Növbəti oyunlar noyabrın 16-da keçiriləcək: Sloveniya – Latviya, İsrail – Polşa, Avstriya – Şimali Makedoniya.

J qrupu
20:00. Finlandiya – Ermənistan – 3:0
Yensen, 31, Pukki, 61, 88
22:45. Lixtenşteyn – İtaliya – 0:5
Bernardeski, 2, Belotti, 70, 90, Romanyoli, 77, El Şaravi, 82
22:45. Yunanıstan – Bosniya və Herseqovina – 2:1
Pavlidis, 30, Kovaçeviç, 88 (avtoqol) – Qoyak, 35

Növbəti oyunlar noyabrın 15-də keçiriləcək: Finlandiya – Lixtenşteyn, Ermənistan – Yunanıstan, Bosniya və Herseqovina – İtaliya.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru