Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb

16-10-2019, 05:56           
Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb
Qətərin paytaxtı Dohada ilk Dünya Çimərlik Oyunları çərçivəsində keçirilən çimərlik güləşi üzrə yarışa yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, təmsilçimiz İbrahim Yusubov (80 kq) A qrupunda rumıniyalı Vasile Madalin Minzala (3:1), ispan David Kintana (3:0) və çilili Antonio Kastroya (3:0) qalib gəlib, gürcü Davit Xutsişviliylə görüşdə isə hesab açılmayıb. Gürcüstan təmsilçisinin çəkisi daha az olduğundan qələbə rəqibə verilib. Bununla belə, yarımfinala vəsiqə qazanan Yusubov ukraynalı Vasili Mixaylovu 3:1 hesabıyla üstələyərək finala yüksəlib. Həlledici görüşdə yenidən Davitlə üz-üzə gələn İbrahim bu dəfə də məğlub olaraq gümüş medalı boynundan asıb.

Oyan Nəzəriani (+90 kq) B qrupunda ispan Xose Kuba Vaskes (3:0) və rumıniyalı Daniel Kintoana (3:0) qalib gəlib, gürcü Mamuka Kordzayaya (1:4) uduzub. Güləşçimiz yarımfinalda iranlı Puya Rəhmani (0:3) ilə bacarmayıb. Oyan 3-cü yer uğrunda görüşdə yenidən Mamukayla qarşılaşıb. Bu dəfə qarşılaşma 1:1 hesabıyla başa çatıb. Sonuncu xalı rəqib qazandığından Nəzəriani 4-cü yerlə kifayətlənib.

Xatırladaq ki, bir gün öncə Pənah İlyaslı (70 kq) Dünya Çimərlik Oyunlarının gümüş medalını qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru