UEFA-dan Qurban Qurbanovla bağlı yanlışlıq

16-10-2019, 10:40           
UEFA-dan Qurban Qurbanovla bağlı yanlışlıq
UEFA "Qarabağ" və Kipr APOEL-i arasında keçiriləcək Avropa Liqasının III tur matçına dair statistik məlumatlarda yanlışlığa yol verib.

Report-un məlumatına görə, qitə futbol qurumunun rəsmi saytı Qurban Qurbanovun Azərbaycan təmsilçisinin baş məşqçisi kimi 100-cü avrokubok oyununa çıxacağını yazıb. Halbuki Qurbanov üçün yubiley qarşılaşması ötən tur Lüksemburqda "Düdelanj"la görüşə təsadüf edib. Həmin matç "Qarabağ"ın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.

Bu, Qurbanovun rəhbərliyi altında 40-cı qalibiyyət olub. Qalan oyunlardan 27-də heç-heçə, 33-də məğlubiyyət qeydə alınıb. Avrokubok qarşılaşmalarından 36-sı Çempionlar Liqası, 64-ü Avropa Liqasına təsadüf edib. Bundan başqa Qurbanov “Neftçi”nin baş məşqçisi kimi 2007-ci ildə UEFA kubokunun I təsnifat mərhələsində Avstriya “Rid”i ilə iki oyunda iş başında olub (1:3, 2:1).

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL matçı saat 20:55-də başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru