ABŞ boksçusu rinqdə aldığı zərbədən öldü - VİDEO

17-10-2019, 10:40           
ABŞ boksçusu rinqdə aldığı zərbədən öldü - VİDEO
Deyi rinqdən huşsuz vəziyyətdə xərəklə çıxarıblar.

ABŞ boksçusu Patrik Dey nokautdan sonra komaya düşərək ölüb.

27 yaşlı idmançını Çikaqo şəhərində USBA versiyası üzrə döyüşün 10-cu raundunda həmyerlisi Çarlz Konvey dərin nokauta göndərib.

Deyi rinqdən huşsuz vəziyyətdə xərəklə çıxarıblar. Xəstəxanaya yerləşdirildikdən sonra o, beynindən təcili əməliyyat olunub. Həkimlərin səylərinə baxmayaraq, Deyin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə əlaqədar Ümumdünya Boks Şurasının prezidenti Maurisio Süleyman başsağlığı verib. (Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru