Makqreqor da rəqibinin adını açıqladı

18-10-2019, 08:55           
Makqreqor da rəqibinin adını açıqladı
Keçmiş UFC çempionu Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, irlandiyalı döyüşçü oktaqana qayıdışını elan edərək amerikalı Frenki Edqarla qarşılaşacağını deyib. Döyüş dekabrda olacaq. Edqar Konorla razılaşıb və hazırda döyüşün UFC prezidenti Dana Uaytla razılaşdırılması gözlənilir.

Xatırladaq ki, bir qədər əvvəl rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov oktaqana Toni Ferqyusonla çıxacağını açıqlamışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.