Azərbaycan millisinin legionerləri: 6-sı oynayıb, 2-si qol vurub

21-10-2019, 01:58           
Azərbaycan millisinin legionerləri: 6-sı oynayıb, 2-si qol vurub
Azərbaycan milli komandasının əksər legionerləri xarici ölkə çempionatlarında həftəsonu növbəti görüşlərini keçiriblər. "Report"un məlumatına görə, Ramil Şeydayev istisna olmaqla, qalan 6 oyunçu əsas heyətdə meydana çıxıb. Onlardan 2-si qol vurub.

Dmitri Nazarov Almaniya II Bundesliqasının X turunda "Aue"nin heyətində "Nürnberq"ə qarşı 90 dəqiqə çıxış edib və 62-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Görüş Nazarovun komandasının qələbəsi ilə yekunlaşıb - 4:3. Hazırda "Aue" 18 xalla 4-cü pillədə qərarlaşıb.

Rüfət Dadaşov Almaniya III Liqasının XII turunda "Pröyssen"in heyətində "Qrossaspax"la ev oyununda 90 dəqiqə meydanda olub və 59-cu dəqiqədə sarı vərəqə alıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hazırda "Pröyssen" 11 xalla 18-ci pillədədə gedir.

Eddi İsrafilov İspaniya La Liqa2-nin XII turunda "Albasete"nin heyətində "Fuenlabrada"ya qarşı 90 dəqiqə oynayıb. Görüş İsrafilovun komandasının qələbəsi ilə yekunlaşıb - 1:0. Hazırda "Albasete" 19 xalla 7-ci pillədədir.

Renat Dadaşov icarə əsasında çıxış etdiyi "Pasuş de Ferreyra" Portuqaliya Kubokunun 1/32 finalında "Luletano"nu əlavə vaxtda məğlub edib - 2:1. Qələbə topunu 110-cu dəqiqədə Dadaşov vurub və komandasını 1/16 finala çıxarıb.

Pavel Paşayev "Aleksandriya"nın heyətində Ukrayna Premyer Liqasının XI turunda Kiyev "Dinamo"suna qarşı səfər matçında 90 dəqiqə çıxış edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Hazırda "Aleksandriya" 19 xalla 4-cü pillədədir.

Ramil Şeydayev Rusiya Premyer Liqasının XIII turunda "Krasnodar"la ev oyunu zamanı Moskva "Dinamo"sunun iştirak ərizəsində yer alıb. Lakin o, sonadək ehtiyatda qalıb. Hazırda "Dinamo" 11 xalla 15-ci yerdədir.

Emil Balayev "Tobol"un qapıçısı kimi Qazaxıstan Premyer Liqasının XXX turunda "Ordabası"ya qarşı ev oyununda 90 dəqiqə çıxış edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Tobol" 29 oyundan 59 xalla 3-cü pillədə gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru