“İnter” 7 qolun vurulduğu görüşdən qalib ayrılıb, "Milan" üstünlüyünü qoruya bilməyib

21-10-2019, 01:11           
“İnter” 7 qolun vurulduğu görüşdən qalib ayrılıb, "Milan" üstünlüyünü qoruya bilməyib
İtaliya A seriyasında VIII tur davam edir.

APA-nın məlumatına görə, turun 6 oyunu keçirilib.

İkinci pillədə qərarlaşan “İnter” növbəti qələbəsini qazanıb. Milanlılar səfərdə “Sassuolo”nu məğlub edib.
“Leççe”ni qəbul edən “Milan” qələbəni əldən verib. Qonaqlar əlavə edilmiş dəqiqələrdə məğlubiyyətdən qaçıblar.

Qeyd edək ki, tura oktyabrın 21-də yekun vurulacaq.

İtaliya A seriyası
VIII tur
20 oktyabr
“Sassuolo” – “İnter” – 3:4
Berardi, 16, Curiçiç, 74, Boqa, 81 – Martines, 2, 71 (pen.), Lukaku, 38, 45 (pen.)
“Kalyari” – “Spal” – 2:0
Naynqolan, 9, Faraqo, 67
“Sampdoriya” – “Roma” – 0:0
“Udineze” – “Torino” – 1:0
Okaka, 42
“Parma” – “Cenoa” – 5:1
Kuçka, 38, Kornelius, 42, 45, 50, Kulişevski, 79 – Pinamonti, 52
“Milan” – “Leççe” – 2:2
Çalhanoğlu, 20, Pietek, 81 – Babakar, 62, Kalderoni, 90+2












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru