Mbappe Messinin rekordunu üstələyərək Çempionlar Liqasının tarixinə düşüb

23-10-2019, 08:08           
Mbappe Messinin rekordunu üstələyərək Çempionlar Liqasının tarixinə düşüb
Fransanın "Pari Sen Jermen" komandasının futbolçusu Kilian Mbappe Çempionlar Liqasında Lionel Messinin rekordunu üstələyib.

"Report" xəbər verir ki, bu, UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunda PSJ-nin Belçikanın "Brügge" komandası ilə qarşılaşmasında qeydə alınıb.

Qarşılaşmanın 52-ci dəqiqəsində parislilərin heyətində əvəzetməylə meydana çıxmış Kilian Mbappe matçda 3 qolun müəllifi olub.

Hücumçunun ikinci qolu turnirdə onun 15-ci dəfə fərqlənməsi olub. Mbappe bununla da Çempionlar Liqasının 15 qoluna imza atmış ən gənc (20 yaş, 306 gün) futbolçusu olub.

Qeyd edək ki, PSJ rəqibini 5:0 hesabı ilə darmadağın edib.

Daha əvvəl Çempionlar Liqasında bu nailiyyət 15 qol vurmuş Lionel Messiyə (21 yaş 28 gün) aid olub.

Messiyə qədər isə bu nailiyyət ispaniyalı hücumçu Raula aid olub. Bir zamanlar o da (22 yaş 163 gün) yarışdakı 15 qolu ilə turnirdə fərqlənənlərdən olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru