ÇL: "Leyptsiq" əzmkar, "Çelsi" minimal hesablı qələbə qazanıb

24-10-2019, 00:15           
ÇL: "Leyptsiq" əzmkar, "Çelsi" minimal hesablı qələbə qazanıb
UEFA Çempionlar Liqasında qrup mərhələsinin daha 2 oyunu keçirilib.

Ötən mövsümün yarımfinalçısı "Ayaks" Hollandiyada Avropa Liqasının son qalibi olan İngiltərənin "Çelsi" komandasını qəbul edib. "Amsterdam Arena"da təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.

Yeganə qolu 86-cı dəqiqədə Mişi Batşuayi vurub. Bu qələbə sayəsində "Çelsi" xallarını 6-ya çatdıraraq, H qrupunda eyni xala malik "Ayaks"la şərikli lider olub.

"Leyptsiq" isə Almaniyada Rusiya "Zenit"i üzərində əzmkar qələbə qazanıb. Sankt-Peterburq təmsilçisi Yaroslav Rakitskinin 25-ci dəqiqədə vurduğu qolla ilk yarını öndə tamamlayıb. Fasilədən sonra isə meydan sahibləri 2 qol vurmağa müvəffəq olub.

49-cu dəqiqədə Konrad Laymer, 59-cu dəqiqədə isə Marsel Sabitser fərqlənib. Bununla da xallarını 6-ya çatdıran "Leyptsiq" liderliyə yüksəlib. 4 xala malik "Zenit" isə Fransa "Lion"u ilə 2-3-cü yerləri bölüşür. Tura saat 23:00-da başlanacaq 6 qarşılaşma ilə yekun vurulacaq.//Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru