Çempionlar Liqası: "Liverpul"dan darmadağın, "Barselona" səfərdə qələbə qazanıb

24-10-2019, 02:34           
Çempionlar Liqası: "Liverpul"dan darmadağın, "Barselona" səfərdə qələbə qazanıb
Çempionlar Liqasında III tura yekun vurulub.

I dövrənin son oyun günündə 8 qarşılaşma keçirilib.

E, F, G və H qruplarında mübarizə aparan komandalar meydana çıxıblar. “Ayaks” öz meydanında “Çelsi”yə məğlub olub. H qrupunun digər matçında “Valensiya” “Lill”lə qarşılaşıb. Görüş heç-heçə başa çatıb.

“Leypsiq” isə “Zenit” üzərində əzmkar qələbəyə sevinib. G qrupunun Portuqaliyadakı görüşündə “Benfika” “Lion”a qalib gəlib.

E qrupunda favoritlər 3 xal qazanıblar. “Liverpul” “Genk”i, “Napoli” “Zalsburq”u yenib. “Barselona” F qrupundakı ikinci qələbəsi ilə liderliyə yüksəlib. “İnter” Dortmund “Borussiya”sını məğlub edib.

Qeyd edək ki, turun digər oyunları oktyabrın 22-də keçirilib.

Çempionlar Liqası
Qrup mərhələsi
III tur
23 oktyabr

E qrupu
23:00. “Genk” (Belçika) - “Liverpul” (İngiltərə) – 1:4
Odey, 88 - Oksleyd-Çemberlen, 2, 57, Mane, 77, Saıah, 87
23:00. “Zalsburq” (Avstriya) – “Napoli” (İtaliya) – 2:3
Haaland, 40 (pen.), 72 – Mertens, 17, 64, İnsinye, 74

F qrupu
23:00. “Slaviya” (Çexiya) - “Barselona” (İspaniya) – 1:2
Boril, 50 – Messi, 3, Olayinka, 50 (avtoqol)
23:00. “İnter” (İtaliya) – “Borussiya” (D, Almaniya) – 2:0
Martines, 22, Kandreva, 89

G qrupu
20:55. “Leypsiq” (Almaniya) – “Zenit” (Rusiya) – 2:1
Laymer, 49, Sabitzer, 59 – Rakitski, 25
23:00. “Benfika” (Portuqaliya) - “Lion” (Fransa) – 2:1
Silva, 4, Pizzi, 86 – Depay, 71

H qrupu
20:55. “Ayaks” (Hollandiya) – “Çelsi” (İngiltərə) – 0:1
Batşuayi, 86
23:00. “Lill” (Fransa) – “Valensiya” (İspaniya) – 1:1
İkone, 90 - Çerışev, 63
apa.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru